19 C
Baku
Thursday, April 25, 2024

Rusiya Zaporojyeyə raket zərbəsi endirib – Yenilənib

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

Bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.

***

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 raketi atıb, ölən var.

u barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.

Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər.

Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.

***

Ukraynanın Odessa vilayətində partlayış olub.

Yerli əhali partlayış səsləri eşidib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil

***

Ukraynanın daha 2 vilayətində partlayış baş verib.

Rivne və Krivoy Roq vilayətlərində partlayış səsləri eşidilib.

“Partlayışın təfərrüatı hələlik məlum deyil”, – məlumatda qeyd edilib.

***

Ukraynanın Nikolayev vilayətində partlayış olub.

Bu barədə vilayətin Dövlət Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Həmçinin Zaporojye vilayətində də partlayışların baş verdiyinə dair məlumat yayılıb.

Oktyabrın 11-də Rusiyanın Ukrayna ərazisinə raket hücumları davam edib. Xəzər dənizinin Rusiyaya aid hissəsindən Krivoy Roq istiqamətində 10 qanadlı raket, Saratov vilayətindən də eyni sayda qanadlı raket atılıb. Məlumata görə, raketlər zərərsizləşdirilib.

Kiyev vilayətinin hava məkanında Rusiyanın daha bir raketi vurulub. Ukraynanın Xmelnitski vilayətində isə İran istehsalı olan “Şahed-136” dronu məhv edilb.

Ümumilikdə bu gün Rusiyanın Ukraynana atdığı və zərərsizləşdirilən raketlərin sayı hələ ki məlum deyil.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata əsasən, Rusiya son sutkada Ukrayna ərazisinə 60-dan artıq raket atıb, 32 aviazərbə endirib, eləcə də reaktiv yaylım atəşi sistemindən atəş açıb.

Rusiya 30-dan artıq şəhər və kəndə, o cümlədən Kiyev, Lvov, Rovno, Jitomir, Ternopol, Xmelnitski, İvano-Frankovsk, Vinnitsa, Priluka, Nejin, Konotop, Xarkov, Kremençuq, Dnepr, Krivoy Roq, Zaporojye, Nikolayev, Odessaya ziyan dəyib.

Məlumata görə, rəqib Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson istiqamətində əks-hücumunun qarşısını ala bilmir. Ona görə də dinc sakinlər arasında vahimə yaratmaq üçün şəhərləri və kəndləri raket atəşinə tutur.

Ukrayna Baş Qərargahından bildirilib ki, Belarus hakimiyyəti öz hava məkanından Rusiyanın Ukraynaya aviazərbə endirməsinə şərait yaradır.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər