14 C
Baku
Monday, May 13, 2024

Rusiya Zuckerbergin ölkəyə girişinə qadağa qoyub

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalarına cavab olaraq 29 amerikalını “stop-siyahı”ya daxil edib.

Banker.az “Banki.ru”ya istinadən xəbər verir ki, sanksiyalara məruz qalanlar arasında dünyanın ən zəngin adamlarından biri və “Meta”nın qurucu Mark Zuckerberg var.

Siyahıya həmçinin daxil olublar:

– “Bank of America”nın sədri və baş icraçı direktoru Brayan Moynihan;

– “LinkedIn” sosial şəbəkəsinin baş direktoru Rayan Roslanski;

– “ABC”nin aparıcısı Corc Stefanopulos;

– V. Vilson Mərkəzinin eksperti və “Meduza”nın ingilis versiyasının baş direktoru Kevin Rotrok;

– “CNN” telekanalının baş beynəlxalq analitiki Bianna Vitalyevna Qolodrıqa.

Nazirlik əlavə edib ki, məhdudiyyətlər “anti-Rusiya sanksiyalarının genişləndirilməsinə” cavab olaraq tətbiq edilib. Yaxın vaxtlarda “stop-siyahı”nın genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Zuckerberg bundan əvvəl Rusiyaya səfər etmişdi. “RBC”nın məlumatına görə, bu, 2012-ci ilin payızında olmuşdu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər