8 C
Baku
Friday, March 29, 2024

Rusiyada 11 aeroportda uçuşlara qoyulan qadağa uzadıldı

“Rosaviasiya” RF-nin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda müvəqqəti uçuş məhdudiyyətlərini mayın 1-nə qədər uzadıb.

Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər mayın 1-i Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək.

Rusiya aviaşirkətlərinə həmin hava limanlarına sərnişinlərin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə etmək tövsiyə olunur.

“Rosaviasiya” ölkə ərazisində yerləşən digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər