Rusiya banklararası bazarında avronun məzənnəsi 2025-ci il martın 9-dan bəri ilk dəfə 97 rublu ötüb.
Buna “Finam” platformasındakı rəqəmlər dəlalət edir.
Bildirilir ki, Moskva vaxtı ilə saat 18:17-də (Bakı vaxtı ilə saat 19:17 – red.) avronun məzənnəsi 2,02% artaraq, 97,144 rubl təşkil edib.
Eyni zamanda, Rusiya banklararası bazarında dolların məzənnəsi 1,74% artaraq, 82,7019 rubl təşkil edib.