24 C
Baku
Thursday, April 18, 2024

Rusiyada Azərbaycanın xəbər portalı bloklanıb

Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmət (“Roskomnadzor”) RF ərazisində Azərbaycanın Media.Az informasiya portalına girişi bağlayıb.

Son 10 gün ərzində Media.Az-ın poçtuna daxil olmuş çoxsaylı müraciətlər sayəsində məlum olub ki, “Roskomnadzor” Azərbaycan portalını Rusiya ərazisində yayılması “etibarsız” sayılan saytların “qara siyahı”sına salıb.

Rusiyada yaşayan və müvəqqəti qalan, Azərbaycanda, regionda və dünyada baş verən hadisələri Media.Az vasitəsilə xəbər tutmağa öyrəşmiş insanlar portalın rəhbərliyinə bunun səbəbləri barədə çoxsaylı suallar ünvanlayıblar.

“Oxucularımızın harada yaşamasından asılı olmayaraq, dərc etdiyimiz analitik materiallara, müsahibələrə və xəbərlərə fəal münasibət bildirmələrinə çoxdan öyrəşmişik. Bu cür diqqət geniş bizi oxucu kütləsinin arzularına daha diqqətlə yanaşmağımıza sövq edir. Buna görə də Rusiya ərazisində olan oxucuların Media.Az-ın məqalələrinin əlçatan olmaması ilə bağlı redaksiyanın ünvanına daxil olan müraciətlərindən çox məyus olduq”, – Media.Az-dakı həmkarlarımız Oxu.Az-a bildiriblər.

Bununla əlaqədar olaraq, Media.Az-ın redaksiya poçtu diqqətlə öyrənilib, nəticədə “spam” qovluğuna düşmüş məktublar arasında “Roskomnadzor”un 19 iyul 2019-cu il tarixli məktubu aşkarlanıb. Sözügedən məktubun məzmunu aşağıdakı kimidir:

“İnternet şəbəkəsində saytın səhifəsinin (səhifələrinin) aşağıdakı işarəsinin (işarələrinin) “İnternet şəbəkəsində domen adlarının, sayt səhifələrinin işarələrinin və internet şəbəkəsində Rusiya Federasiyasında yayılması qadağan edilmiş informasiyadan ibarət saytları eyniləşdirməyə imkan verən şəbəkə ünvanlarının vahid reyestri”nə daxil edilməsi haqqında bildiriş göndərilir: https://media.az/society/1067709675#ep27180”.

Son xəbərlər
Digər xəbərlər