2 C
Baku
Saturday, December 14, 2024

Rusiyada bəzi məhsullar məcburi etiketlənəcək

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) sahibkarlara müraciət edib.

Müraciətdə deyilir ki, sentyabrın 1-dən Rusiyada müəyyən növ məhsulların, o cümlədən konservlərin, bitki yağlarının və alkoqolsuz pivənin məcburi etiketlənməsi tətbiq ediləcək.

Artıq yerli hökumət etiketləmə qaydalarını və son tarixləri təsdiqləyib. Bu proses bir neçə mərhələdə baş tutacaq:

– Alkoqolsuz pivə istehsal edən və idxal edən şirkətlər tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaq. Məlumatların sistemə təqdim edilməsi ilə bağlı son tarix 2025-ci il aprelin 1-i olacaq.

– Şüşə və plastik qablaşdırmada bitki yağları və piylərin istehsalçıları və idxalçıları tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaq. Digər qablaşdırma növləri üçün tətbiq olunacaq tarix isə 2025-ci il fevralın 1-i olacaq.

– Ət konservləri, əlavə ət məhsulları, tərəvəz və meyvələr, göbələk və giləmeyvə istehsal edən və idxal edən şirkətlər 2025-ci il martın 1-dən məhsulların etiketlənməsinə başlamalıdır.

Balıq və dəniz məhsulları konservlərinin qablaşdırmalarında 2024-cü il dekabrın 1-dən etibarən etiket olmalıdır. Həmin tarixdən bu məhsulların istehsalçıları malların dövriyyəyə buraxılması haqqında məlumatı etiketləmə sisteminə göndərməlidirlər.

Məhsulların dövriyyədən çıxarılması ilə bağlı məlumat 2026-cı il oktyabrın 1-dən verilməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər