Rusiya prezidenti Vladimir Putinin imzaladığı qanuna əsasən, aprel ayının 1-dən benzin, dizel yanacağı və orta distillatların aksizləri bahalaşır.
İnterfaks xəbər verir ki, bu barədə bazar ertəsi Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federasiyasının Vergilər Məcəlləsinin 193-cü maddəsinin kinci bəndinə dəyişikliklər haqqında” Federal qanun fevral ayının 26-da Dövlət Duması tərəfindən qəbul edilib və Federasiya Şurası tərəfində təsdiqlənib.
Aprel ayının 1-dən 5-ci dərəcəli benzinin 1 ton üçün qiyməti 7,53 min rubldan 10,13 min rubla qədər bahalaşacaq. 2017-ci ildə isə indiki 5,83 min rubldan bir ton üçün 7,43 min rubla qədər bahalaşacaq.
5-ci dərəcəli benzinə müvafiq olmayan benzinin qiyməti aprel ayının 1-dən ton üçün 10,5 min rubldan 13,1 mibn rubla qədər, 2017-ci ildən isə planlaşdırılmış 9,7 min rubldan 12,3 min rubla qədər bahalaşacaq.
Dizel yanacağı və orta distillatların aksizləri aprel ayını 1-dən 5,293 min rubldan ibarət olacaq (hazırda 4,15 min rubldur), 2017-ci ildə isə 5,093 min rubl olacaq (hazırda 3,95 min rubl ucuzlaşma planlaşdırılmır.)
Aksizlərin bahalaşmasından əlavə gəlirlər 2016-cı ildə 89,3 milyard rubl dəyərləndirilir, bu barədə sənədə əlavə edilmiş iqtisadi-maliyyə əsaslandırmada bildirilir.
Avtosfer.az