16 C
Baku
Monday, April 29, 2024

Rusiyada biznesmen qətlə yetirilib

Rusiyada biznesmen Musa Auşevə qarşı sui-qəsd təşkil edilib.

İnsident bu gün Rusiya subyektlərindən biri olan İnquşetiyada baş verib.

Məlumata görə, Auşev “Sberbank” ofisinin yaxınlığında olarkən ona atəş açılıb. Biznesmen aldığı yaralardan dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə qisas zəminində baş verib. Hadisənin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Qeyd edək ki, Auşev nəhəng tikinti şirkətinin rəhbəri olub. Bununla yanaşı, o, 2009-cu ildə qətlə yetilən məşhur biznesmen Makşarip Auşevin qardaşıdır.

https://ok.ru/video/4057726323306

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər