18 C
Baku
Monday, September 16, 2024

Rusiyada dollar son 9 ayda ilk dəfə 55 rubla qədər ucuzlaşıb

Moskva Banklararası Valyuta Birjasında BŞ dollarının məzənnəsi ötən il aprelin 25-dən bəri ilk dəfə 56 rubldan aşağı düşüb.

Rusiya mətbuatına istinadən, buna səbəb Amerika valyutasının qlobal səviyyədə kəskin ucuzlaşması olub.

Qeyd edək ki, dollar ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin açıqlamalarından sonra son 3 il üzrə rekord həddə dəyər itirib. Xatırladaq ki, amerikalı nazir ucuz dolların ölkə iqtisadiyyatına faydasını vurğulayıb.

Bununla belə, Rusiyada dolların ucuzlaşması həm də dünya bazarlarında “Brent” markalı neftin qiymətinin 71 dollar/barel səviyyəsini ötməsi ilə izah olunur. Qeyd edək ki, qonşu ölkədə dolları ən aşağı qiymətə 2014-cü ilin iqtisadi böhranından sonra – 55,72 rubla alınıb-satılıb. Hazırda isə qiymət 55,82 rubl təşkil edir.

“Report”u analitik qrupu Rusiyada dolların 54 rubla qədər ucuzlaşa biləcəyini istisna etmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər