Rusiyada ABŞ dollarının məzənnəsi 2018-ci ilin ən yüksək həddinə keçib.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 13:25 radələrində, USD/RUB məzənnəsi Moskva birjalarında 93 kopek artaraq 59,10 səviyyəsində müəyyən olunub.
Avronun məzənnəsi artaraq 72 rubl olmaqla ötən ilin 3 avqustakı məzənnəni də keçib.