Rusiya gələn il müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Bu barədə növbəti il üçün nəzərdə tutulan büdcə təklifi ilə tanış olan “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, növbəti il üçün nəzərdə tutulan büdcə təklifinə əsasən, 2024-cü ildə Rusiya ÜDM-nin 6 %-ni müdafiəyə xərcləməyi planlaşdırır.
Beləliklə, gələn il müdafiə xərcləri sosial xərcləri üstələyəcək. Bu il büdcədə müdafiə xərclərinin payı 3,9 % təşkil edir.
“Bloomberg”in məlumatına görə, Ukraynadakı müharibənin xərclərini gizlətmək üçün Kreml açıqlanmayan xərclərin həcmini demək olar ki, iki dəfə artırmağı planlaşdırır.