10 C
Baku
Wednesday, December 11, 2024

Rusiyada hər kəs müharibəyə çağırıla biləcək – QƏRAR

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi məhkəməsi hərbi komissarlıqlara artıq hər kəsin müharibəyə çağırıla biləcəyi barədə qərar çıxarıb.

Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Xəbərə görə, “Surqutnefteqaz” şirkətinin bir əməkdaşı Ukrayna ilə müharibəyə səfərbər olmaq üçün çağırış vərəqəsi alıb. Halbuki onun orduya çağırılmaqla bağlı “zirehi” olub. Buna görə həmin adam hərbi komissarlığı məhkəməyə verib. Burada o, səhhətinin də savaşda iştirak etməyə imkan vermədiyini göstərib.

Məhkəmə isə qərarda iddiaçının çağırış vərəqəsini alana qədər səhhətindən şikayət etmədiyini göstərib. Bundan başqa, hakim şirkətin iddiaçını ordudan saxlamaq üçün etdiklərinin əsası olmadığını bildirib. Həmin qərarda məhkəmə hərbi komissarlıqların hər kəsi savaşa cəlb etmək hüququ olduğu barədə qənaət hasil edib. Səfərbər olan şəxs Surqut Şəhər Məhkəməsinin qərarından apellyasiya şikayəti versə də, yuxarı instansiya məhkəməsi onu qüvvədə saxlayıb.

İyulun 25-də Dövlət Dumasının deputatları hərbi xidmət haqqında qanunu sərtləşdirərək çağırış yaşını 18-dən 30-a qaldırıblar. Dəyişikliklər çağırışçılara bildiriş təqdim edildikdən dərhal sonra Rusiyanı tərk etməyi qadağan edir. Rusiya vətəndaşları hərbi komissarlıqların çağırışına gecikməyə görə 3 min rubl əvəzinə 30 min rubl məbləğində cərimələnəcəklər.

Son xəbərlər
Digər xəbərlər