15 C
Baku
Saturday, April 20, 2024

Rusiyada hərbi aerodroma PUA ilə hücum edilib, ölənlər var

Rusiyanın hava hücumundan müdafiə vasitələri ölkənin Saratov vilayətində “Engels” hərbi aerodromuna yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, sözügedən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub.

Bildirilir ki, PUA-nın qalıqlarının yerə düşməsi nəticəsində aerodromda olan 3 rusiyalı hərbçi dünyasını dəyişib.

Hadisə nəticəsində hər hansı aviasiya texnikasına zərər dəyməyib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər