İngilis dili biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq sistem IELTS Rusiyada imtahanları ləğv edir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra “xarici siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar” imtahan sessiyalarının ləğvi barədə xəbərdarlıq edilib.
“Xarici siyasətlə bağlı vəziyyətin gərginləşməsi nəticəsində Rusiya Federasiyasında ütün IELTS imtahan sessiyaları dayandırılıb”, – deyə mesajda bildirilib.
Şirkət imtahan üçün ödənilən vəsaiti tez bir zamanda ona hazırlıq kurslarına köçürməyi təklif edir. Əks halda, Rusiyada ilk imtahan sessiyaları bərpa olunana qədər pullar dondurulacaq.
Fevralın 24-ü Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyata başladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin rəhbəri, ordu generalı Serqey Şoyqu bildirib ki, bu əməliyyatın əsas məqsədi Rusiyanı Ukrayna xalqından istifadə etməyə çalışan Qərb ölkələrinin hərbi təhlükəsindən qorumaqdır. Bu qərara cavab olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başlayıb. Rusiya və Ukrayna nümayəndə heyətləri vəziyyətlə bağlı bir sıra danışıqlar aparır.