13 C
Baku
Friday, May 17, 2024

Rusiyada iqtisadi tənəzzül 2023-cü ilin üçüncü rübünə qədər müşahidə olunacaq – Bloomberg

Rusiyada iqtisadi tənəzzül 2023-cü ilin üçüncü rübünə qədər müşahidə olunacaq. Gələn ilin ilk üç ayında Rusiyanın ÜDM-i 8%-dən çox azala bilər. Gələn ilin ilk üç ayında Rusiyanın ÜDM-i 8%-dən çox azala bilər, bunu “Bloomberg” agentliyi deyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Agentliyin məlumatına görə, iqtisadiyyatda kəskin azalma cari rübdə başlayacaq və gələn ilin ilk üç ayında davam edəcək. Ekspertlər hesab edirlər ki, Rusiya ÜDM-nin artımını yalnız 2023-cü ilin üçüncü rübündən sonra gözləmək lazımdır. “Bloomberg Economics” 2022-ci ildə ÜDM-in 3.5%, 2023-cü ildə isə 2% azalacağını proqnozlaşdırır.

“Bloomberg” həmçinin “Morgan Stanley” iqtisadçılarının hesabatına istinad edir. Onların dediyinə görə, Rusiya iqtisadiyyatı müasir texnologiyaların köhnəlmiş texnologiyalarla əvəzlənməsi ilə məcburi transformasiyadan keçir ki, bu da uzunmüddətli tənəzzülə gətirib çıxarır.

“Bloomberg Economics”in iqtisadçısı Aleksandr İsakovun fikrincə, Rusiyanın enerji sektoru və emal sənayesi sanksiyaların təsiri altında daralmağa davam edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər