İyunun 1-dən etibarən Rusiyanın regionlarında turizm obyektləri karantindən mərhələlərlə çıxmağa başlayacaq.
Bu barədə Rusiya Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova məlumat verib.
Onun sözlərinə görə, ilkin mərhələdə lisenziyası olan sanatoriyalar, kotteclər və otellər açılacaq:
“Bununla yanaşı təhlükəsizlik tədbirlərini də zəiflətmək olmaz. Hansısa turizm obyektində koronavirus xəstəsi aşkar edilərsə, müəssisənin karantinə bağlanıb-bağlanmaması məsələsi müzakirə olunacaq”.