Rusiyada karantin dövründə 680 min işçi ixtisara salınıb

Rusiyada koronavirusla bağlı tətbiq edilən karantin zamanı 15 milyona yaxın ölkə vətəndaşı işə çıxmayıb, onlardan 680 min nəfəri və ya 4,5% -i ixtisara salınıb.

Bunu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov əmək bazarındakı vəziyyətə dair hökumət iclasında çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, aprelin 1-dən etibarən məşğulluq xidmətləri tərəfindən milyondan çox işsiz qeydiyyata alınıb, onların üçdə biri ixtisar olunan işçilərdir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər