2015-ci ildə Rusiyada orta əməkhaqqı 558 dollara düşüb. Bu, 2014-cü ilin orta əməkhaqqı ilə müqayisədə 34% azalma deməkdir. Hesabatı Ali İqtisadiyyat Məktəbi açıqlayıb.
Hesabata əsasən, 2014-cü ildə orta əməkhaqqının məbləğində 10% eniş qeydə alınıb. 2013-cü ildə orta əməkhaqqı 936 dollar olub, 2014-cü ildə 847 dollara enib.
Ali İqtisadiyyat Məktəbinin hesabatında bildirilir ki, 2015-ci ildə Rusiyada orta əməkhaqqının məbləği Macarıstandakı orta əməkhaqqının 60%-nə, Çexiyadakı orta əməkhaqqının 50%-nə bərabər olub.
Əmanət Bankının ötən həftə açıqladığı rəqəmlərə görə isə hazırda Rusiyada orta əməkhaqqı 450 dollardır.
Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib. Bu, 325 dollardan bir qədər çoxdur.
-Transparency(AZ)