28 C
Baku
Saturday, August 13, 2022

Rusiyada özünümüdafiə silahları haqqında qaydalar təsdiqlənib

Rusiya DİN istifadəsinə icazə verilən özünümüdafiə silahlarına dair tələbləri təsdiq edib.

Bu barədə TASS məlumat yayıb.

Qanuna görə Rusiyada hamar lüləli tüfəng, travmatik silah, qaz tapançası, gözyaşardıcı qaz balonları və elektroşok cihazları özünümüdafiə silahı hesab edilir.

Qaydalarda silahların hər bir növü üçün tələblər öz əksini tapıb. Yeni qaydalar 29 iyun 2022-ci ildə qüvvəyə minəcək.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər