7 C
Baku
Thursday, December 12, 2024

Rusiyada “Pokemon Go” qadağası mümkündür

Rusiya Federasiya Şurasının Müdafiə komitəsi sədrinin birinci müavini Frans Klintseviç “Pokemon Go” oyunu ilə bağlı qanunvericilik səviyyəsində məhdudiyyətlər qoyulmasını təklif edib.

“RİA Novosti”in xəbərinə görə, o, pokemonların dini müəssisələrin, tarixi abidələrin və qəbiristanlıqların ərazisində “ovlanmasının” qadağan olunmasını istəyib.

“Şeytan bu mexanizm vasitəsilə gəlib və bizi mənəvi cəhətdən məhv etməyə çalışır. Başa düşürəm ki, bu sahəyə nəzarət etmək çox çətindir. Bunu icad edənlər bilirlər ki, bir-iki ildən sonra nəticələri geridönməz hala gələcək” – deyə o qeyd edib./Lent.az

Son xəbərlər
Digər xəbərlər