Sənəddə həmçinin rəqəmsal pul kisələrinin növləri sadalanıb: pul köçürmə operatorlarının (xarici banklar istisna olmaqla), o cümlədən fiziki və hüquqi şəxslərin hesabları. Əsasnamə layihəsində hesabların açılması və bağlanması qaydası, habelə mövcud əməliyyatların siyahısı haqqında məlumatlar da öz əksini tapıb.
Rusiya Mərkəzi Bankı qeyd edir ki, vətəndaşlar üçün rəqəmsal rublla köçürmələr və ödənişlər pulsuz olacaq, müəssisələr üçün rəqəmsal rublla ödənişləri qəbul edən tariflər ödənişin 0.3%-ni təşkil edəcək.
Rəqəmsal cüzdanı doldurmaq üçün ona birə bir nisbətində nağdsız rubl köçürmək lazımdır. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, ayda maksimum 300 min rubl köçürmə etmək mümkün olacaq. Eyni zamanda, rəqəmsal rublu birbaşa nağd pula dəyişdirmək mümkün olmayacaq, bunun üçün onları bank hesabına yatırmaq lazım olacaq.