-3 C
Baku
Sunday, December 15, 2024

Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq

Rusiya Səhiyyə Nazirliyi iş yerində siqaret çəkən şəxslərin məvacibinin aşağı salınmasını təklif edib.

Bu barədə Rusiya KİV-də məlumat yayılıb. 

Yeni proqrama görə, vətəndaşlar iş vaxtı siqaret çəkərsə, cərimə olaraq maaşlarından kəsilə bilər.

Bundan başqa şirkətlərə ərazilərində siqaret çəkməyi qadağan etmək, əvəzində idman hərəkətləri etmək üçün zonalar yaratmaq təklif olunub.

Səhiyyə Nazirliyi bu addımlarla ölkə ərazisində siqaret çəkənlərin sayını azaltmaq niyyətindədir.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər