Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.
TASS xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.
Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində enişə hazırlaşarkən qəzaya düşüb.
Hadisə yerinə xilasedicilər göndərilib.