10 C
Baku
Thursday, December 12, 2024

Rusiyada yeni Qanun – Bəzi banklara qadağa qoyuldu

Rusiyada “dost olmayan ölkələr”ə qarşı yeni qanun qüvvəyə minib.

Rusiya Prezidenti Vladimir Putinin imzaladığı qanunla ölkədə fəaliyyət göstərən və “dost olmayan ölkələr”ə aid olan bank və bank qurumlarına məhdudiyyətlər qoyulub.

Fərmana əsasən, Rusiyada 45 bank və bank qurumunun səhmləri və ya nizamnamə kapitalı ilə bağlı əməliyyatlar qadağan olunub, belə əməliyyatlar yalnız xüsusi icazə ilə həyata keçirilə bilər.

Məhdudiyyətlərin tətbiq ediləcəyi banklar arasında “Deutsche Bank”, “Intesa”, “HSBC” və “Unicredit Bank” da var.

Son xəbərlər
Digər xəbərlər