28 C
Baku
Saturday, July 13, 2024

Rusiyada yuana tələb artır

Rusiya Mərkəzi Bankının hazırladığı “Maliyyə bazarlarındakı risklərin icmalı” adlı hesabatda dollar və avroya çıxışın çətinləşdiyi Rusiyada yuana tələbatın sürətlə artdığı üzə çıxıb.

Yuanın Rusiya valyuta bazarındakı mövqeyinin gücləndiyinə diqqət çəkən hesabatda deyilir: “Yuana olan tələbatın əhəmiyyətli bir hissəsi banklardan gəlir. Peşəkar bazar iştirakçıları ilə yanaşı, yuana fərdi tələblər də artır”. Hesabatda bildirilib ki, avqust ayında Rusiya valyuta bazarında 39 milyard rubl (təxminən 650 milyon dollar) yuan alınıb ki, bu da bu ilin ən yüksək göstəricisidir.

Banker.az xəbər verir ki, hesabatda Rusiyaya dost olmayan ölkələrin valyutası olan dollar və avronun satışının artdığı və bu ölkələrə pul köçürmələrində azalma olduğu qeyd edilib. Mərkəzi Bank elan edib ki, indi dollar və avrodan istifadə risklidir. Bu valyutalardan uzaqlaşma prosesini sürətləndirmək və bu valyutalarda bank əməliyyatlarını azaltmaq üçün Bank əlavə tədbirlər tətbiq edəcək.

Rusiyanın maliyyə naziri Anton Siluanov dünən verdiyi açıqlamada bildirib ki, qarşıdakı dövrdə yuanın Rusiyanın beynəlxalq ehtiyatlarındakı payı daha da artacaq.

Xatırladaq ki, Rusiyanın iki ən böyük bankı Sberbank və VTB də yuanla kredit təklif edəcəklərini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər