İsveç qablaşdırma istehsalçısı “Tetra Pak” Rusiyadakı biznesini “Eaton Investments” şirkətlər qrupuna verə bilər. Qeyd edək ki, bu şirkətdə aparıcı mövqeləri “Tetra Pak”ın Rusiya filialının keçmiş və indiki rəhbərliyinin nümayəndələri tutur.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Mənbələrdən birinə görə, Rusiyadakı “Tetra Pak”ın satışı 1 avroya başa gələcək. Satınalma başa çatdıqdan sonra “Tetra Pak” yeni brend yaradacaq.
Şirkət iyulun 26-da Rusiya biznesinin yerli idarəetməyə keçdiyini elan edib. “Tetra Pak” bunun səbəbi kimi Rusiyada fəaliyyətini davam etdirə bilməməsini göstərib.