26 C
Baku
Friday, April 19, 2024

Rusiyadan Azərbaycana 5 tona yaxın ördək əti idxal olunub

Sentyabrda Rusiya Federasiyasının Novosibirsk vilayətindən Azərbaycana 5 tona yaxın ördək əti idxal olunub.

Çatdırılmalar idxalçı ölkənin səlahiyyətli orqanı ilə razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə avtomobil yolu ilə həyata keçirilib.

Ördək ətinin ilk ixrac partiyası “Rosselxoznadzor”un regional şöbəsinin mütəxəssislərinin nəzarəti altında Novosibirsk quşçuluq müəssisələrindən birində hazırlanıb.

Məhsullar keyfiyyət və təhlükəsizlik üçün lazımi laboratoriya nəzarətindən keçib, Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə və Azərbaycanın baytarlıq tələblərinə uyğundur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər