2 C
Baku
Saturday, December 14, 2024

Rusiyadan Azərbaycana pul axını artmağa başladı

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin ümumi həcmi 650 mln. ABŞ dolları təşkil edib. Rusiya Bankının (Mərkəzi Bank) açıqladığı statistik məlumata istinadən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 113 mln. dollar və ya 21% çoxdur.

Cari ilin III rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 247 mln. dollar təşkil edib. Bu, illik müqayisədə 36 mln. dollar və ya 17% çoxdur.

Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 95 mln. dollar vəsait köçürülüb. Bu isə illik müqayisədə 23 mln. dollar və ya 19,5% azdır. Beləliklə, Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən vəsaitin saldosu 555 mln. dollar təşkil edib və illik müqayisədə 136 mln. dollar və ya 32,4% çoxdur.

Rusiyadan MDB ölkələrinə fiziki şəxslərin pul köçürmələrində III rübdə Azərbaycan 5-ci yerdə qərarlaşıb. İlk sırada 1 198 mln. dollarla Özbəkistan, daha sonra 741 mln. dollarla Tacikistan və 626 mln. dollarla Qırğızıstan gəlir. Müsbət saldoya görə də bu 3 ölkə liderdir. Azərbaycan isə III rübdə 220 mln. dollarlıq müsbət saldo ilə 4-cü yerdə qərarlaşıb.

Maraqlıdır ki, Türkmənistan və Qazaxıstan MDB məkanında Rusiyaya xalis vəsait göndərən ölkələrdəndir. 2017-ci ilin yanvar-sentyabr aylarında Qazaxıstandan Rusiyaya xalis pul köçürməsi 489 mln. dollar, Türkmənistandan isə 43 mln. dollar olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər