2023-cü ildə Rusiyadan Honqkonqa qızıl idxalı 88,1 ton və ya 43,6 milyard Honq Konq dolları (5,6 milyard ABŞ dolları – Qeyd) təşkil edib.
Bu barədə Honqkonq hökumətinin statistika departamentinin materiallarında deyilir.
Qeyd olunub ki, Rusiyadan Honqkonqa qızıl ixracı beş dəfə artıb.
Çin gömrük statistikasına əsasən, 2023-cü ildə Rusiya Federasiyasından ölkənin əsas ərazisinə qızıl idxalı 321 milyon dollar təşkil edib.