Rusiyadan kapital axını rekord həddə çatıb

Cari ilin fevral ayından etibarən Rusiyadan 1,6 mlrd. dollar həcmində kapital axını baş verib.

“Kommersant” qəzetinə istinadən, hesabat dövründə Rusiyadan Çinə 4 mlrd. dollar çıxarılıb.

Təkcə son həftə ərzində Rusiyaya oriyentasiya olunmuş fondlardan 83 mln. dollar həcmində kapital axını olub.

“Renessans Kapital” şirkəti yazır ki, hazırda müşahidə olunan kapital axınının tempi 2013-cü ildən etibarən rekord həddə çatıb: “İnvestorlar ABŞ-ın Federal Ehtiyat Sisteminin addımlarından narahatdır”.

Qeyd edək ki, 2013-cü ilin 7 ayı ərzində Rusiyadan kapital axını 2,47 mlrd. dollar həcmində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər