14 C
Baku
Thursday, March 28, 2024

Rusiyalı milyarderlərin sərvəti azalıb

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin əvvəlindən 41,48 milyard dollar azalıb.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberq”in reytinq cədvəlində qeyd olunub.

Sərvəti ən çox azalan “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Gennadi Timçenko olub. Belə ki, Timçenkonun sərvəti ilin əvvəlindən 7,06 milyard dollar azalıb.

Reytinqdə ikinci yeri tutan “Novatek”in həmsahibi Leonid Mixelsonun sərvəti 6,65 milyard dollar azalaraq 25,8 milyard dollar təşkil edib. Üçüncü yeri tutan NLMK benefisiarı Vladimir Lisin ilin əvvəlindən 4,05 milyard dollar kasıblayıb. Onun sərvəti 24 milyard dollar həcmində qiymətləndirilir.

Reytinq cədvəlində dördüncü yerdə sərvəti 5,11 milyard dollar azalaraq 23,7 milyard dollar olan “Severstal”ın həmsahibi Aleksey Mordaşovdur. Beşinci yeri ilin əvvəlindən sərvəti 233 milyon dollar azalan və hazırda 21 milyard dollar dəyərində qiymətləndirilən Əlişir Usmanov tutur. Siyahıda altıncı yerdə olan “Lukoyl”un həmsahibi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov (idarə heyətinin üzvü kimi səlahiyyətlərindən imtina edib və şirkətin prezidenti vəzifəsindən vaxtından əvvəl istefa verib) 3,27 milyard dollar itirib və hazırda onun 18,5 milyard sərvəti var.

Rusiyanın ən zəngin iş adamı olan “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin ilin əvvəlindən sərvətini 3,89 milyard dollar artıraraq 34,7 milyard dollara çatdıra bilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər