9 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın ən zəngin qadını o oldu

“Forbes” jurnalı Rusiyanın beynəlxalq onlayn-maqazini “Wildberries”in sahibi Tatyana Bakalçuku “Rusiyanın ən zəngin qadını” elan edib.

O, 1,4 milyard dollar sərvətlə bir il öncə siyahıda lider olan Yelena Baturinanı üstələyib. Moskvanın keçmiş meri Yuri Lujkovun xanımı olan Baturinanın sərvəti 1, 2 milyard dollar dəyərində qiymətləndirilir.

Nəşr yazır ki, 2004-cü ildə həyat yoldaşı ilə biznes həyatına başlayan 44 yaşlı Bakalçuk son bir il ərzində 400 milyon dollar gəlir əldə edib.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər