19 C
Baku
Sunday, May 19, 2024

Rusiyanın 17.5 milyard avro aktivi dondurulub

Avropa ölkələri Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub.

Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Kristian Viqand məlumat verib.

Bura Avropa İttifaqının (Aİ) sanksiya siyahısında olan 1350 nəfər şəxs və təşkilatın aktivləri daxildir.

Bu məbləğin böyük hissəsi yeddi Aİ ölkəsi – Almaniya, Belçika, Fransa, Lüksemburq, İrlandiya, İtaliya və Avstriya tərəfindən dondurulub. Macarıstan cəmi bir neçə min avronu dondurub.

Dondurulmuş aktivlərin Ukraynanın yenidən qurulması məqsədilə istifadə edilməsi üçün müsadirə edilməsi planlaşdırılır. Lakin bunun üçün hüquqi əsas tələb olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər