14 C
Baku
Thursday, March 28, 2024

Rusiyanın 200 ən iri özəl şirkətinin gəlirləri 15 mlrd. dollardan çox azalıb – TOP-10

Rusiyanın ən böyük 200 özəl şirkətinin gəlirləri 2020-ci ildə 43,4 trln. rubl (603 mlrd. ABŞ dolları) təşkil edib.

“Forbes” jurnalının verdiyi məlumata görə, COVID-19 pandemiyası fonunda sözügedən şirkətlərin gəlirləri ötən il ərzində 2,5% və ya 1,1 trln. rubl (15,3 mlrd. dollar) azalıb. Halbuki 2019-cu ildə gəlirlərdə 12,9%-lik artım qeydə alınıb.

Ölkənin ən böyük 200 özəl şirkəti arasında ən çox gəlir əldə edən Rusiyanın ən böyük özəl neft-qaz şirkəti sayılan “Lukoil” olub. Neft-qaz nəhəngi ötən il 5,639 trln. rubl (78,38 mlrd. dollar) gəlir əldə edib ki, bu da illik müqayisədə 28% azdır.

Rusiyanın ən böyük 200 özəl şirkətinin 2020-ci ildəki gəlirləri üzrə reytinqi:

# Şirkət 2020-ci ildəki gəlir, mlrd. dollar
1 Lukoil 78,38
2 X5 Group 27,49
3 Magnit 21,60
4 Nornickel 15,63
5 Surgutneftegas 14,9
6 Megapolis Group companies 10,97
7 Evraz 10,71
8 Tatneft 10,02
9 Novatek 9,89
10 Novolipetsk Steel 9,29
MənbəAPA
Son xəbərlər
Digər xəbərlər