6 C
Baku
Monday, December 16, 2024

Rusiyanın 2023-cü ildə xarici borcu 57 milyard dollar azalıb

2024-cü il yanvarın 1-nə Rusiyanın xarici borcu 326,6 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin əvvəlindəki göstəricidən 14,9 faiz (və ya 57,1 milyard dollar) azdır.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Bankının məlumatında bildirilib.

“Buna səbəb cəlb olunmuş kreditlər üzrə digər sektorların, o cümlədən birbaşa investisiya münasibətləri çərçivəsində öhdəliklərin azaldılması olub. Hökumət orqanlarının borcları sürətlə azalıb ki, bu da kreditlərin həcminin azalmasına gətirib çıxarıb”, – bankın məlumatında vurğulanıb.

2022-ci il yanvarın 1-nə Rusiya Federasiyasının xarici borcu 478,2 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər