9 C
Baku
Friday, December 13, 2024

Rusiya bankı Azərbaycan bankının aktivlərinə sahib çıxmaq istəyir

“Alfa Bank”ın Gürcüstan bazarına daxil olması Rusiya biznesinin xeyir, Azərbaycan biznesinə isə ziyan vuracaq. Bunu “Interpressnews” agentliyinə müsahibəsində professor Lado Papava bildirib.

Onun sözlərinə görə, “Alfa Bank”ın Gürcüstan bazarına çıxması “böyük bir səhv” olacaq: “Bu bank lisenziyası ləğv olunan “Caucasus Development Bank-Georgia” (“CDB-Georgia”, “Qafqaz İnkişaf Bankı” ASC-nin Gürcüstandakı törəməsi – red.) SC-nin binasını almaq niyyətindədir. Söhbət Azərbaycan şirkətindən gedir… Belə çıxır ki, Rusiya biznesi Azərbaycan biznesini əvəz edir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. “Alfa Bank”ın Gürcüstan bazarına çıxması Azərbaycan biznesinə ziyan vuracaq. Bu baş verərsə, biz ciddi səhvə yol vermiş olacağıq. Bundan cəmiyyət də ziyan görəcək. İş beynəlxalq mübahisəyə qədər uzana bilər”.

L. Papava əlavə edib ki, Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze hələlik “Alfa Bank”ın lisenziya almaq üçün müraciət etmədiyini bildirib. “Qvenetadzenin “hələlik” ifadəsi məni qane etmədi”, – deyə o bildirib.

Onun sözlərinə görə, “CBD-Georgia”nın əmlakı hərracda satılmalıdır: “Maraqlıdır ki, artıq indidən əmlakın kimə satılacağı bəllidir. Koba Qvenetadze 4-5 il ərzində Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri olub. Onun Azərbaycan biznesinə qarşı bu cür yanaşmasının səbəbini anlamıram. Hər şey neqativ ssenari üzrə hərəkət edə bilər və hətta iki ölkə arasında mövcud olan münasibətlərin pisləşməsinə səbəb ola bilər”.

APA

Son xəbərlər
Digər xəbərlər