-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 10,5 mlrd. dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları 14 avqust tarixinə 590,2 mlrd. ABŞ dolları təşkil edib.

TASS-a xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, bu, 7 avqust tarixinə olan göstəricidən 1,7% və ya 10,5 mlrd. dollar azdır.

Beynəlxalq ehtiyatların azalması qızılın qiymətinin düşməsi və müəyyən olunmuş dövrdə dünya bazarlarında dolların möhkəmlənməsi fonunda ehtiyat valyutalardakı aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində baş verib.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlar üçün hədəf səviyyəsi 500 mlrd. dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər