9 C
Baku
Wednesday, December 11, 2024

Rusiyanın Çinlə ticarət dövriyyəsi gələn il $200 milyarda çatacaq

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ilə qədər 200 milyard dollara çatacaq.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ ilə görüşündə fikir bildirib.

“Rusiya-Çin münasibətləri əvvəlki illərdə planlaşdırdığımız kimi inkişaf edir. Biz yeni nəticələr əldə edirik və ilk öncə əlbəttə ki, söhbət iqtisadi məsələlərdən gedir”, – Putin vurğulayıb.

“Biz gələn il ölkələrimiz arasında ticarət dövriyyəsini 200 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Ötən il bu, artıq 185 milyard dollar idi və ticarət dövriyyəsinin artırılması üçün qarşıya qoyulan hədəflərimizə, bəlkə də, planlaşdırdığımızdan tez nail olacağıq, buna əmin olmağımız üçün bütün əsaslar var. Ticarət dövriyyəsi artır”, – prezident Putin əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər