12 C
Baku
Monday, November 25, 2024

Rusiyanın dərman şirkəti Azərbaycanda ləğv edilir

“Nijeqorodskmasevtiçeskiy zavodiy ximiko-far” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (qısaldılmış adı “Nijfarm” SC ARN) cəmiyyətin yeganə təsisiçisi olan “NİDDA LİNKS S.A.R.L.” şirkətinin 17 iyul 2024-cü il tarixli qərarı ilə ləğv edilir.

Banker.az xəbər verir ki, kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələbləri ilə əlaqədar 60 gün ərzində AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49C nömrəli ünvanda, 11-ci mərtəbəyə müraciət edə bilərlər.

“Nijfarm” Rusiyanın aparıcı farmasevtika şirkətlərindəndir. Şirkətin məhsul portfelinin əsas istiqamətləri – qastroenterologiya, dermatologiya, ginekologiya, urologiya, revmatologiya və pediatriyada istifadə olunan dərman preparatlarıdır.

Son xəbərlər
Digər xəbərlər