8 C
Baku
Friday, March 29, 2024

Rusiyanın daha bir şəhərindən Bakıya yeni aviareys açılır – QİYMƏT

2019-cu il iyukun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.

“Bakıya uçuşlar həftədə 2 dəfə – cümə axşamı və şənbə günləri ekonim sinif salonu olan konfortlu Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yeməklər, sərinləşdirici içkilər, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan başlayır (bir tərəfə)”, – aviaşirkətin məlumatında qeyd olunur.

“Nordavia – regional hava yolları” SC aviaşirkəti («NORDAVIA – regional airlines») 5N kodu altında 30-dan artıq Rusiyanın və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir. Nordavia RF-nin Şimal-Qərbində sərnişin daşımaları bazarında aparıcı mövqe tutur. 

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər