Rusiyanın energetika naziri Aleksandr Novak koronavirusa yoluxub.
Banker.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin məlumat verib.
“Təəssüf ki, Aleksandr Valentinoviç Novak koronavirus xəstəliyinə tutulub. Ona bütün qəlbimizlə xeyir diləyirik. Allahn ona cansağlığı versin”, – deyə Mişustin Uzaq Şərqin sosial-iqtisadi inkişafı ilə bağlı hökumət komissiyasının iclasında bildirib.
Qeyd edək ki, Covid-19 diaqnozu həmçinin Vladimir Putinin mətbuat katibi Dmitri Peskov, baş nazirin müavini Yuri Trutnev və ölkənin mədəniyyət naziri Olqa Lyubimovaya qoyulub.