6 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın energetika naziri neftin qiymətinin artmasına “potensialı var” deyir

Dünya bazarında neftin qiyməti bir qədər də artmaq potensialına malikdir.

“Report” Rusiya KİV-inə istinadən xəbər veirr ki, bu barədə bu ölkənin energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, hazırda qeyri-müəyyən vəziyyətlə bağlı neftin qiymətində artma potensialı mövcuddur, amma yekun trend noyabr ayındakı razılıqdan asılı olacaq: “Bazardakı bu qeyri-müəyyənlik, xüsusən də ABŞ-ın İrana qarşı növbəti sanksiyasının tətbiqi ehtimalı ilə bağlıdır”.

Qeyd edək ki, son həftələrdə neftin qiymətində artım tendensiyası müşahidə olunur. Hətta “Brent” markalı neftin bir barelinin qiyməti 2014-cü ilin noyabrından bəri ilk dəfə 85 dolları ötüb.

Son xəbərlər
Digər xəbərlər