10 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın G-7-ə qayıtması üçün şərt açıqlanıb

ABŞ Dövlət Departamentinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Uolker Rusiyanın G-7 formatındakı əməkdaşlığa qayıtması üçün Krımı Ukraynaya qaytara biləcəyini söyləyib.

“Priamiy”TV-yə istinadən, Ağ ev rəsmisi müsahibəsində bildirib: “2014-cü ildə Rusiya G-8-dən Krıma görə çıxardılıb. İndi də bunun geriyə fırlanmasını görmək istərdim. Rusiyanın Krımdan çıxması əməkdaşlığın bərpasına gözəl imkanlar açardı”.

Avqustun 26-da ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini G-7-in növbəti görüşünə dəvət edəcəyini, lakin bu dəvətin qəbul ediləcəyinə əmin olmadığını deyib.

Kremldən isə bu barədə rəsmi dəvət almadıqlarını bildiriblər.

Report

Son xəbərlər
Digər xəbərlər