15 C
Baku
Thursday, May 9, 2024

Rusiyanın Litvadakı səfirliyinin əməkdaşı arzuolunmaz şəxs elan edilib

Litva Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib.

Səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqədar arzuolunmaz şəxs elan olunub.

Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.

Rusiya səfirliyi nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib, lakin əlavə şərh verməkdən yayınıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər