26 C
Baku
Friday, April 19, 2024

Rusiyanın Mərkəzi Bankı faiz dərəcəsini 2014-cü ildən bəri minimuma endirib

Mərkəzi Bankın idarə heyəti, yayın əvvəlindən bəri üçüncü dəfədir ki, faiz dərəcəsini aşağı endirir – 0,25 punkt, 7% qədər.

Banker.az xəbər verir ki, ötən iclaslarda faiz dərəcəsi 25 punkt azaldılmışdır. İyul ayında bank pul-kredit siyasətini yumşaltmağı vəd edir.

Xatırladaq ki, son dəfə belə bir hal 2014-cü ilin martında olmuşdur. Ondan əvvəl isə faiz dərəcəsi daha aşağı – 5,5% olub. 2014-cü ildə Krım ərazisi Rusiyaya birləşdiriləndən sonra faiz dərəcəsi 17%-ə qədər artırılmışdı.

2019 və 2020-ci illərdə inflyasiyanın səviyyəsi daha aşağı olacaq. Qeyd edək ki, daha öncə 2019 və 2020-ci illərdə faiz dərəcələrinin 3,8 və 3% qədər düşməsi proznoqlaşdırılmışdır. 

Rusiyanın Mərkəzi Bankı inflyasiya üzrə proqnozunu iki dəfə aşağı endirib – 4,2-4,7% və 5-5,5%.

İyul ayında inflyasiya 4,6%-dən 4,7%-ə qədər yavaşıyıb, avqustda isə 4,4%-ə qədər düşüb. Bunun əsas səbəbi kimi zəif iqtisadi göstəricilər göstərilir: ilk yarım ildə ÜDM cəmi 0,7% artmışdır.

Qeyd edək ki, faiz dərəcələrinin aşağı salınması rubla təsir etməyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər