Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparmaq üçün Minskə gedib.
Bu barədə “BELTA” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Federasiyasının hərbi idarə rəisinin təyyarəsi Maçulişçi aerodromuna enib.
Sergey Şoyqu və Viktor Xrenin arasında baş tutan görüşdən sonra nazirlər hərbi sahədə regional təhlükəsizliyin birgə təmin edilməsinə dair dövlətlərarası sazişə dəyişikliyi özündə ehtivan edən protokolu imzalayıblar.
Görüşdə həmçinin ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.