-1 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın neft gəliri gündəlik 172 mln. dollar azalır

Qərb ölkələrinin Rusiya neftinə qiymət həddi tətbiq etməsi bu ölkənin gündəlik gəlirini 160 milyon avro (172 milyon dollar) azaldır.

Bu barədə “Bloomberg” Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzi (CREA) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, fevralın 5-də Rusiya neft məhsullarına məhdudiyyət tətbiq olunduqdan sonra bu rəqəm gündəlik 280 milyon dollara yüksələcək.

CREA-nın ekspertlərini fikrincə, qiymət həddi 60 dollardan 25-35 dollara endirilərsə, bu, Rusiyanın neft gəlirlərini azı daha 100 milyon avro azaldacaq. Təklif edilən digər tədbirlərə uyğunsuzluğa görə daha sərt cəzalar və əlavə sanksiyalar daxildir ki, bu da Rusiyanın gəlirini gündə daha 200 milyon avro azalda bilər.

Araşdırmalar Mərkəzi məlumat verib ki, Rusiya indiyədək qiymət həddinin əhatə etdiyi ölkələrə gəmilərlə 3,1 milyard avro dəyərində xam neft göndərib.

Xatırladaq ki, Avropa İttifaqı Rusiya neftinə sanksiyası ötən il dekabrın 5-dən qüvvədədir. Rusiya neftinin qiymət həddi 1 barel üçün 60 dollar səviyyəsində müəyyən edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər