26 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın Qarabağdakı hərbi kontingentinə yeni komandir təyin olunacaq

General-mayor Kirill Kulakov Rusiyanın Qarabağdakı hərbi kontingentinin yeni komandiri təyin olunacaq.

Bu barədə Ermənistanın “Hraparak“ qəzeti teleqram kanallarına istinadən məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandir general-polkovnik Aleksandr Lentsov Qarabağı artıq tərk edib.

Xatırladaq ki, Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər