Rusiya Müdafiə Nazirliyinin yanğın baş verən elmi-araşdırma mərkəzində “S-400” zenit-raket kompleksi yığılırmış.
Məlumatı Ukraynanın UNIAN agentliyi yayıb.
Rusiya rəsmiləri informasiyanı şərh etməyiblər.
Qeyd edək ki, aprelin 21-də nazirliyin Tver şəhərində yerləşən Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində yanğın olub. Nəticədə 5 nəfər ölüb, 25 nəfər yaralanıb.