13 C
Baku
Saturday, November 23, 2024

Rusiyanın Saratov vilayətindən idxala müvəqqəti məhdudiyyət qoyulub

Rusiyanın Saratov vilayətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agntlikdən bildirilir ki, məhdudiyyət qoyulmasına səbəb Saratov vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Saratov vilayətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər